Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 24 may 2013 11:35 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-80, Kiçik Qafqazın çaylarında 40-60, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 29 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 238 m3/s olmaqla, ongünlük normanın 34 faizini təşkil edir. Ötən il isə bu rəqəm ongünlük normanın 67 faizini təşkil edib.

Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi ongünlük normanın 64 faizini təşkil edir. 2012-ci ildə bu göstərici ongünlük normanın 136 faizinə bərabər olub.

Mayın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsində 5 sm, Salyanda 23 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Surrada isə 13 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 465 sm, Şirvanda 362 sm, Salyanda 259 sm, Bankədə 247 sm, Araz çayının Novruzlu məntəqəsində isə 185 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR