Mərkəzi Afrika Respublikasında 23 nəfər hücumun qurbanı olub

Mərkəzi Afrika Respublikasında 23 nəfər hücumun qurbanı olub
# 19 yanvar 2014 04:45 (UTC +04:00)

Bakı-APA. Mərkəzi Afrika Respublikasının qərbində 3-ü uşaq olmaqla 23 nəfər naməlum şəxslərin hücumu nəticəsində ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, silahlılar Buar şəhəri yaxınlığında avtomobil karvanına hücum ediblər. Save the Children xeyriyyə təşkilatının məlumatına görə, hücuma iğtişaşlara görə ölkəni tərk etməyə çalışan müsəlmanlar məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR