Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabrın 17-də Konyada keçirilə bilər

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabrın 17-də Konyada keçirilə bilər
# 03 dekabr 2013 09:49 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həmkarları Elmar Məmmədyarovu və Məhəmməd Cavad Zərifi Mövlanə Cəlaləddin Ruminin vəfatının ildönümü ilə bağlı Konyada keçiriləcək “Şəb-e Ərus” mərasiminə dəvət edib. Xəbərdə bildirilir ki, həmin mərasim çərçivəsində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin də üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, üç ölkənin xarici işlər nazirlərinin ilk görüşü Urmiyada (İran), ikinci görüşü Naxçıvanda (Azərbaycan) keçirilib. Üçüncü görüş Ərzurumda (Türkiyə) keçirilməli olsa da, təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR