Azərbaycanın da qatıldığı 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı başa çatıb

Azərbaycanın da qatıldığı 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı başa çatıb
# 17 aprel 2014 10:30 (UTC +04:00)

APA-nın Malayziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 4 gün davam edən sərgidə dünyanın 50 ölkəsindən 1000-ə yaxın şirkət öz məhsullarını nümayiş etdirib.

Növbəti DSA sərgisinin 2016-cı ildə keçirilməsi planlaşdırılır.

Gələn il isə Malayziyanın Langkavi şəhərində LİMA-2015 aviasərgisi keçiriləcək.

Qeyd edək ki, DSA-2014 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 132 adda məlumat əyani şəkildə və ya broşür şəklində təqdim olunub. Nazirliyin stendində nümayiş olunan 14.5 mm çaplı “İstiqlal-T”, 12.7 mm çaplı “Mübariz”, 7.62 mm çaplı “Yalquzaq” snayper tüfəngi, tank və zirehli texnikalar üçün pulemyotu, HP-7.62 hücum pulemyotunun lüləsinə görə fərqlənən iki fərqli versiyası, universal pulemyotu, “Zəfər”, “Zəfər-K” və “İnam” və polimer gövdəli tapança modelləri, pilotsuz uçuş aparatlarının maketləri, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar, bədən zirehi, əleyhqaz və s. xarici mütəxəssislərin marağına səbəb olub. Azərbaycanın sərgidə təqdim etdiyi yeniliklər HP-7.62 pulemyotunun uzun lüləli versiyası, polimer gövdəli tapança, müxtəlif çaplı döyüş sursatlarıdır.

Sərgidə Azərbaycan Prezidenti Administrasiyasının Təhlükəsizlik və müdafiə məsələləri nümayəndəsi ziyarətçi qismində iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR