Mingəçevirdə mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub

Mingəçevirdə mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub
# 18 yanvar 2014 21:05 (UTC +04:00)

Bakı-APA. Mingəçevirdə beşmərtəbəli binanın 3-cü mərtəbəsində vətəndaşa məxsus mənzildə giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 uşaq köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Mingəçevir şəhər YMX-in xilaediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzildə köməksiz vəziyyətdə qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR