Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda dəm qazından zəhərlənmələrin sayı azalıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda dəm qazından zəhərlənmələrin sayı azalıb
# 22 noyabr 2013 15:23 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, müraciət edənlərdən 24 nəfəri stasionara qəbul edilib və onlardan 8-nin vəziyyəti ağır, qalanları isə orta-ağır və yüngül dərəcədə olub. A.Maqsudovun sözlərinə görə, mərkəzə günaşırı dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər daxil olur: “Havalar çox soyumadığından və mülayim keçdiyindən müraciətlərin sayı azdır. Ancaq havalar soyuyandan sonra onların sayı artacaq”.

Mərkəzin direktoru qeyd edib ki, bu ilin noyabr ayını ötən ilin analoji dövrü müqayisə etdikdə müraciətlərin sayında azalma müşahidə edilir. Onun sözlərinə görə, əgər ötən ilin noyabr ayında mərkəzə 35-40 müraciət daxil olmuşdusa, bu ay onların sayı 28 olub.

A.Maqsudov dəm qazından zəhərlənmə hallarının texniki məsələlər və ya diqqətsizlikdən baş verməsi səbəblərinə də aydınlıq gətirib: “İnsanlar qaz cihazını həyətdə saxlasalar heç bir hadisə baş verməz. Amma cihazlar hamam otağında yerləşdirildiyindən hadisələr də daha çox qapalı mühitdə baş verir. Dəm qazından zəhərlənmələr qaydalara riayət edilməməsi, hamam otaqlarında nə nəfəslik, nə də qapılar üçün uyğun şərait yaradılması səbəbindən baş verir. Digər tərəfdən də tüstü bacaları vaxtında təmizlənmir. Bütün bu və ya digər səbəblər hadisələrin baş verməsi üçün real zəmin yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR