Brüsseldə G7 ölkələrinin görüşü başlayıb

Brüsseldə G7 ölkələrinin görüşü başlayıb
# 05 iyun 2014 01:47 (UTC +04:00)

APA-nın “Gazeta.ua” saytına istinadən verdiyi xəbərə görə, dünyanın aparıcı ölkələrinin liderləri iki gün ərzində ən mühüm məsələləri müzakirə edəcəklər.

Sammitin əsas mövzusu Ukraynadakı vəziyyət və Avropa Birliyi-Rusiya münasibətləri olacaq.

Məlum olduğu kimi, tədbiri Soçidə keçirmək planlaşdırılmışdı. Lakin Krımı ilhaq etdikdən sonra Rusiya aparıcı beynəlxalq klubda üzvlüyünü itirmək məcburiyyətində qalıb və G8 formatı əvvəlki G7 ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR