Azərbaycanda dələduzluqla məşğul olan Özbəkistan vətəndaşı tutulub

Azərbaycanda dələduzluqla məşğul olan Özbəkistan vətəndaşı tutulub
# 06 may 2013 09:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda dələduzluqla məşğul olan Özbəkistan vətəndaşı tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2012-ci ilin avqust ayından 2013-cü ilin yanvar ayınadək olan müddətdə Elnarə adlı şəxs etibarlarından sui-istifadə edərək Bakı şəhər sakinləri Mətanət Əzimovadan 5 min manat, Musa Məmmədovdan 3 min manat, Natəvan Əliyevadan 27 min manat və Günay Ağayevadan 1700 manat dəyərində qızıl-zinət və məişət əşyaları alıb qaytarmayıb. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, özünü Elnarə kimi təqdim edən Özbəkistan vətəndaşı Könül Abbasova mayın 5-də tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR