«AXA-Mbask» sığorta şirkəti «Caspian Energy Integration Award-2014» beynəlxalq mükafatına layiq görülüb

«AXA-Mbask» sığorta şirkəti «Caspian Energy Integration Award-2014» beynəlxalq mükafatına layiq görülüb
# 13 mart 2014 07:21 (UTC +04:00)

Bakı – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti Xəzər İnteqrasiya Klubu (CEIBC) tərəfindən «Caspian Energy Integration Award-2014» beynəlxalq mükafatı ilə təltif edilib.

Sığorta şirkətindən «APA-Economics»ə verilən məlumata görə, CEIBC tərəfindən 32 ölkədə fəaliyyət göstərən 1 500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri arasında (7 500 respondent) keçirilmiş sorğunun nəticələrinə görə, «AXA-Mbask» şirkəti «Keyfiyyətli xidmətə görə ilin şirkəti» mükafatına layiq görülüb.

Təqdimat mərasimində mükafatı qəbul edən «AXA-Mbask»ın İdarə Heyəti sədrinin I müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirib. O, öz çıxışında şirkətin son vaxtlar əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qeyd edək ki, bu, şirkətin bazara çıxdığı gündən aldığı artıq 6-cı mükafatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR