SEPAH Fars körfəzində hərbi manevr keçirib

SEPAH Fars körfəzində hərbi manevr keçirib
# 27 may 2013 12:31 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində hərbi manevr keçirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, “Güclü müdafiə” adlanan hərbi təlimin keçirilməsində məqsəd SEPAH-ın qüvvələrinin müxtəlif əməliyyatlar aparmaq üçün gücünü yüksəltmək olub.

Manevr dörd gün müddətində Böyük və Kiçik Tonb adalarında keçirilib. Təlimdə hava hücumundan müdafiə sistemləri, suyun altında və üstündə olan qüvvələrin hərəkətləri, birliklərin elektronik döyüş zamanı əməliyyat aparmaq gücü və müxtəlif həbi avadanlıqlar sınaqdan keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR