Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur - FOTO

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 07:27 (UTC +04:00)

Bakı – APA-Economics. Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Agstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 59 km-dir. 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan, yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb.

2 texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq süni qurğuların tikintisi, torpaq işləri və 56 km məsafədə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb. Hazırda beton küveytlərin tikintisi, çiyin hissələrinin yolun səviyyəsinə qaldırılması, yol nişanlarının qoyulması və qalan ərazidə asfalt-beton işləri gedir. Yolun yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

Qeyd edək ki, sözügedən yol Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR