Ukraynanın Azərbaycandakı səfirliyi: Ukrayna ordusu Krımda güc tətbiqinə təhrik edilir

Ukraynanın Azərbaycandakı səfirliyi: Ukrayna ordusu Krımda güc tətbiqinə təhrik edilir
# 04 mart 2014 14:35 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Krımda Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini öz andından imtina edərək silahı yerə qoymağa və Rusiya, yaxud Krım separatçılarının tərəfinə keçməyə sövq etmək üçün fəal cəhdlər davam edir, Ukrayna ərazisində Rusiya qoşunlarının sayı artırılır: “Rəsmi Kiyev Rusiya tərəfini aqressiv hərəkətlərə son qoymağa inandırmaq, beynəlxalq ictimaiyyəti Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək məqsədilə səfərbər etmək üçün bütün siyasi-diplomatik metodlardan istifadə etməkdədir. Ukraynanın bütün dövlət orqanları təxribatların qarşısını almağa, eyni zamanda Rusiyanın aqressiv hərəkətlərinin inkişafı halında lazımi cavab tədbirləri görülməsinə istiqamətlənib. İndiyədək Ukrayna tərəfindən Rusiya silahlı qüvvələrinə, Rusiya vətəndaşlarına və ölkənin rusdilli əhalisinə qarşı hər hansı provokativ addım qeydə alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR