Kənd təsərrüfatı naziri Samuxda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Kənd təsərrüfatı naziri Samuxda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 11:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Bu gün Kənd təsərrüfatı naziri Heydər Əsədov Samux rayonunda vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə qəbulda Daşkəsən, Göygöl, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonundan 40 dən atıq şikayətçilər iştirak edib.

Görüşdə müraciətlər daha çox kəndlərin kifayət qədər əkin üçün texnikaların, istehsal olunan toxumların satılmasında qarşıya çıxan problemlər, suvarma artezianların bərpa olunması, mineral gübrələrin alınmasında çətinlikləri olması və kənd təsərrüfatında istehsal sahələrin genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi ilə bağlı olub.

H. Əsədov nazirliyin müvafiq qurumlarına, xidmət rəislərinə məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Həlli mümkün olan problemlər isə elə yerindəcə aradan qaldırılıb. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR