Moskvada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan xatirə markasının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan xatirə markasının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyun 2013 07:08 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, markanın təqdimat mərasimi Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Mərasimdə çıxış edən səfir Polad Bülbüloğlu mərasim iştirakçılarını Qurtuluş Günü münasibət ilə təbrik edib: “15 iyun bizim ölkədə böyük bayramdır. Azərbaycan xalqı bu gün Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışını qeyd edir”.

Səfir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan xatirə markasını təqdim edərək bugünkü hadisənin önəmli olduğunu vurğulayıb: “Markanın üzərində Heydər Əliyev və Rusiya gerbi təsvir olunub. Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olub və o, bu ölkə üçün çox işlər görüb. Ona görə də, Rusiyada belə markanın buraxılması qanunauyğundur. Heydər Əliyevin əməyi çox böyükdür. O, Moskvada çalışdığı dövrdə təhsil, mədəniyyət, nəqliyyat sahələrini idarə edib. Belə markanın yaradılması görkəmli dövlət və siyasi xadimin xatirəsinə verilən lazımi qiymətdir”.

Daha sonra Heydər Əliyevin xatirəsinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib. 440 min tiraj nüsxədə buraxılan markanın Rusiya və Azərbaycanın bütün poçt xidmətləri idarələrinə çatdırıldığı bildirilib.

Möhürlənmə mərasimindən sonra Moskva meriyasının nümayəndəsi, Regionlararası Əməkdaşlıq Departamentinin sədri Yuri Artyux çıxış edib. Meriya nümayəndəsi Heydər Əliyev kimi dahi insanın hər bir xalqa qismət olmadığını bildirib: “Hər bir xalq üçün böyük xoşbəxtlikdir ki, tarixin çətin vaxtlarında bir lider gələrək onlar bu ağır vəziyyətdən xilas edir və yol üstünə qoyur. Bu gün Azərbaycan əminliklə həmin yolla gedir. Bugünkü mərasim böyük insanın həyat yolunun çox vacib əksidir. Azərbaycan Rusiya üçün qardaş və dost ölkədir”.

“Marka” Nəşriyyat və Ticarət mərkəzinin baş direktoru Artyom Adibekov isə çıxışında bütün ölkələrdə markaların böyük və vacib əhəmiyyətli hadisə ilə əlaqədar buraxıldığını söyləyib: “Bugünkü buraxılış da istisna deyil. Heydər Əliyevin yubileyi bizim ölkə üçün də mühüm hadisədir. Heydər Əliyev təkcə Azərbaycanın görkəmli siyasi xadimi deyil, o keçmiş Sovetlər İttifaqı üçün və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün çoxlu işlər görüb. Onun möhtəşəm işlərinə və siyasi irsinə görə, biz bu markanı buraxmaq qərarına gəldik”.

Artyom Adıbekov markanın azərbaycanlı həmkarları ilə birgə buraxdıqlarını bildirib: ““Müqəddəs apostol Andrey Pervozvannı kavalyer ordeni” seriyasından olan bu marka Rusiya Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi yanında “Marka” Nəşriyyat-ticarət mərkəzi tərəfindən buraxılıb. Bu günlərdə “Azərmarka” belə markanı Azərbaycanda da təqdim edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR