İstanbulda “Beşiktaş”ın fanat qrupunun liderlərindən olan Alen Markaryan və çoxlu sayda futbol fanatı həbs edilib

İstanbulda “Beşiktaş”ın fanat qrupunun liderlərindən olan Alen Markaryan və çoxlu sayda futbol fanatı həbs edilib
# 27 sentyabr 2013 08:13 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, polis “Beşiktaş”ın “Çarşı” adlanan fanat qrupunun üzvləri başda olmaqla, bir çox futbol fanatını həbs edib.

İstanbulun Beşiktaş, Kadıköy və Üsküdar rayonlarında keçirilən geniş miqyaslı əməliyyat zamanı 100-ə yaxın insanın həbs edildiyi bildirilir. Onların arasında “Çarşı”nın liderlərindən olan Alen Markaryan da var. Saxlanılan şəxslərin konkret hansı əməllərdə ittiham edildiyi hələlik bəlli deyil.

Qeyd edək ki, “Çarşı” Gəzinti Parkının sökülməsinə qarşı keçirilən etiraz aksiyalarında fəal iştirak etmişdi. Türkiyə müxalifəti hökumətin “Çarşı”nı neytrallaşdırmaq istədiyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR