Göyçayda narkotik plantasiyası aşkar edilib

Göyçayda narkotik plantasiyası aşkar edilib
# 30 iyun 2014 09:23 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda külli miqdarda marixuana aşkar edilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları Göyçay şəhərinin Ziya Bünyadov küçəsi, 16 ünvanında yerləşən evin həyətinə baxış keçiriblər.

Reyd zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Nəbiyev İsmayıl Nəsrəddin oğlunun evinin arxa tərəfindən xüsusi üsulla əkilib becərilmiş 290 ədəd çətənə kolu və mənzildən ümumi çəkisi 5 kiloqram 670 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Marixuana satışı ilə məşğul olan İ. Nəbiyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdıma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR