ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının azərbaycanlı finalçılarına şəhadətnamələr verilib - FOTOSESSİYA

ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının azərbaycanlı finalçılarına şəhadətnamələr verilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 iyun 2014 16:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının 150-dən çox azərbaycanlı finalçıları və ən son məzunları üçün keçirilmiş tədbirdə iştirak edib.

APA-nın xəbərinə görə, tədbirdə önəmli dil təqaüdü proqramı çərçivəsində Azərbaycan dilini öyrənmək və dil bacarıqlarını təkmilləşdirmək məqsədilə Azərbaycana səfər edən ABŞ-dan olan tələbələr iştirak ediblər.


Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar tələbələri və məzunları təbrik edərək bildirib ki, bu mübadilə proqramları ABŞ və Azərbaycan arasında anlaşmanı təkmilləşdirmək üçün çox vacibdir. Tədbirin davamında səfir Məzunların Kiçik qrant proqramının resipiyentlərinə ABŞ Dövlət Departamentinin Tamamlama Şəhadətnamələrini təqdim edib. Liderlik təlimindən milli iştiraka, ətraf mühit haqqında maarifləndirmə kampaniyalarına qədər müxtəlif sahələrdə həyata keçirdikləri icma layihələrinə görə 10 komandaya maliyyə vəsaiti təqdim edilib. Şəxsi işlərdən və iş fəaliyyətlərindən vaxt ayırıb Azərbaycan cəmiyyətinə könüllü şəkildə kömək göstərdiklərinə görə səfir kiçik qrant alanlara təşəkkür edib.


Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar sürətli tanışlıq bölümündə iştirak ediblər. Bu, hazırkı yeni finalçılara məzunlarla tanış olmaq və onların Birləşmiş Ştatlarda yaşamaq və təhsil almaq təcrübələrini öyrənməyə imkan verib.


Qeyd edək ki, 1992-ci ildən bu vaxta qədər ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən 25 müxtəlif proqram vasitəsilə 5000-dən çox azərbaycanlı tələbə, mütəxəssis və elmi işçi Birləşmiş Ştatlarda təhsil alıb və səfər edib. ABŞ hökuməti tərəfindən hər il təxminən 100 nəfər azərbaycanlı tələbə və elmi işçinin ABŞ-da təhsil almaq imkanı maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR