“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik edilib

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik edilib
# 04 aprel 2014 11:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin iclasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.

Dəyişikliyə əsasən Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları yaradılır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən ediləcək. O cümlədən xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyənləşdiriləcək.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinə bitişik sərhədlərinin hüdud xəttindən 3000 metrədək məsafədə olacaq. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq olunur. Layihədə daha bir sıra yeniliklər nəzərdə tutulub.

Müzakirələrdən sonra qanuna dəyişikliklər səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR