Türkiyənin e-ticarət nəhəngləri Bakıda toplaşacaq - FOTO

Türkiyənin e-ticarət nəhəngləri Bakıda toplaşacaq - <span style="color: red;">FOTO
# 06 iyun 2014 13:29 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda elektron ticarət sahəsində çox önəmli və geniş tədbir baş tutacaq.

APA-nın xəbərinə görə, saat 10.00 da Qafqaz Universitetində keçiriləcək “eTicarət Master Class” tədbirində Türkiyənin aparıcı elektron ticarət platformaları və bank ödəmə sistemləri sahibləri çıxış edəcəklər.

Central Business School (CBS) layihəsi çərçivəsində keçiriləcək “eTicarət Master Class”, Digitera şirkəti tərəfindən təşkil olunub.

Tədbir Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun da dəstəyini, ölkəmizdə elektron ticarət sahəsinə yaranan maraq və eTicarətin Azərbaycan bazarı üçün önəmli bir sahə olmasını nəzərə alaraq keçirilir.

Tədbirdə aparıcı şirkətlərin təmsilçiləri və media nümayəndələri də iştirak edəcək.

Sahibinden.com, Markafoni.com, Doğan Online, Google Türkiyə, Garanti Bankası, Evmanya.com, Akakce.com, KobiMaster kimi iri ticarət platformalarının mütəxəssisləri, ölkəmizdə bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşəcəklər.

Tədbirdə Azərbaycandan Rəşad Camal (shopera.az) və Elşad Yusifli (“Retargeting” by spot.az) çıxış edəcəklər. Azərbaycanın ən böyük elektron ticarət saytlarından hesab olunan Shopera.az saytının rəhbəri və tədbirin təşkilatçısı Rəşad Camal ölkədə bu sahəyə olan maraqdan, eTicarətin inkişafından danışacaq.

E-Ticarət sahəsi üzrə real və zəngin təcrübələri birinci şəxslərdən dinləmək və geniş biznes networking qazanmaq istəyən hər kəs “eTicarət Master Class”-da iştirak edə bilər.

“eTicarət Master Class” tədbirinin sponsorları Shopera.az, MSN Tour, QUTechnopark, media dəstək isə “APA Holding”ə məxsusdur.


Tədbirdə iştirak etmək üçün biletləri www.shopera.az saytından sifariş edə və ya 0502820014, 0125112695 nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR