Ağdamda ana və körpəsi doğuş zamanı ölüb - VİDEO

Ağdamda ana və körpəsi doğuş zamanı ölüb - <span style="color: red;">VİDEO
# 21 dekabr 2013 18:07 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ölən qadın əslən Ağdam rayon sakini olan və Bakıda yaşayan 1977-ci il təvəllüdlü Əsgərova Gülmirə Bəxtiyar qızıdır.

Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Saat 17-18 radələrində qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı kəskin qanaxmadan həyatını itirib.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna bidirilib ki, həkimlər qadına hamilə qalmağın təhlükəli olduğu barədə əvvəldən xəbərdarlıq edibmişlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR