Lənkəranda sovet dövründən qalan daha 13 mina zərərsizləşdirilib - VİDEO

Lənkəranda sovet dövründən qalan daha 13 mina zərərsizləşdirilib - <span style="color: red;">VİDEO
# 28 mart 2014 13:35 (UTC +04:00)

APA-nin cənub bürosunun məlumatına görə, 13 nəfərlik qrupun səyləri nəticəsində 15 hektar ərazinin 4 hektarı minalardan təmizlənməklə, 13 ədəd TM-62 tipli tank əleyhinə mina və 2 ədəd mina başlığı aşkarlanıb.

ANAMA-nın baş mütəxəssisi Adil Aslanovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, sözü gedən ərazidə SSRİ zamanında tank alayı yerləşib. 1990-cı illərin əvvəllərində rus hərbçiləri buranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursat qoyub gediblər. Sonradan dəniz suyunun səviyyəsi qalxdığından, hərbi hissənin yerləşdiyi ərazinin çox hissəsi, o cümlədən 2 hərbi sursat anbarı suyun altında qalıb: "Ərazidə axtarış tədbirləri davam edir və buradakı yaşan insanlar tərəfindən alınan məlumatlara görə hələ də toplu şəkildə çoxlu sayda mina və sursatların olduğu deyilir".

Adil Aslanov axtarışların Lənkəran Rayon İcra Hakimiyyətinin sifarişi əsasında aparıldığını və prosesin daha 3 ay davam edəcəyini bildirib.

Qeyd edək ki, aşkar olunmuş silah-sursat xüsusi təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR