Dini radikallığı təbliğ edən 29 adda kitabın Azərbaycana keçirilməsinə cəhd edilib

Dini radikallığı təbliğ edən 29 adda kitabın Azərbaycana keçirilməsinə cəhd edilib
# 05 mart 2014 09:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda 2013-cü ildə ölkədə çap olunmaq məqsədilə dinşünaslıq ekspertizasına 209 adda dini ədəbiyyat təqdim olunub, onlardan 4-ü dini dözümsüzlüyü təbliğ edən fikirlər olduğundan çapına razılıq verilməyib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilir.

Hesabatda deyilir ki, 2013-cü ildə ümumilikdə 1688 adda dini ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR