Eldar Namazov: “Siyasi partiya rəhbərlərinin həmsədrlikdə təmsil olunması Milli Şuranın təməl prinsipinə ziddir”

Eldar Namazov: “Siyasi partiya rəhbərlərinin həmsədrlikdə təmsil olunması Milli Şuranın təməl prinsipinə ziddir”
# 08 noyabr 2013 10:36 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında “Milli Şuranın İcra Aparatının rəhbəri, “EL” Hərəkatı İdarə Heyətinin sədri Eldar Namazov deyib.

E. Namazovun fikrincə, Rüstəm İbrahimbəyov Milli Şuranın beynəlxalq əlaqələrini, Cəmil Həsənli isə Bakıdakı fəaliyyətini qura bilər: “Milli Şuraya daxil olan siyasi qurumların əksəriyyəti də bu fikirdədir. Lakin başqa fikirlər də var. Buna görə də, ümumi qərar qəbul edənə qədər müzakirələri davam etdirmək niyyətindəyik”.

Milli Şuranın bəzi üzvləri tərəfindən siyasi partiya rəhbərlərinin də qurumun həmsədrliyində təmsil olunması təklifinə münasibət bildirən E. Namazov deyib ki, Milli Şuranın formatı nəzərə alınmalıdır: “Milli Şurada həm siyasi partiyalar, həm ziyalılar, həm də ictimai-siyasi qurumların rəhbərləri yer alıb. Belə bir formatda sədrlik adətən, heç bir qurumla birbaşa bağlı olmayan adamlara həvalə olunur ki, onlar da hər partiya ilə eyni məsafədə dayanan adamlardır. Əgər partiya sədrləri də həmsədrlikdə təmsil olunsa, bu, 7-8 həmsədrin olmasına gətirib çıxarır. Düşünürəm ki, bu, Milli Şuranın təməl prinsiplərinə zidd olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR