Dünən şəhid olan hərbçi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib - YENİLƏNİB - VİDEO

Dünən şəhid olan hərbçi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 16 iyun 2014 06:30 (UTC +04:00)

APA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış, kiçik çavuş 1994-cü il təvəllüdlü Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

***
15 İyun 2014 23:03
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Ordusu itki verib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.
Erməni Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Kərimov Səməndər Fazil oğlu düşmən gülləsinə tuş gəlib.
S. Kərimov aldğı güllə yarasından şəhid olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR