Moskva Rusiyanın NATO yanında hərbi nümayəndəsini geri çağırıb

Moskva Rusiyanın NATO yanında hərbi nümayəndəsini geri çağırıb
# 04 aprel 2014 00:17 (UTC +04:00)

Bakı-APA. Rusiya Müdafiə Nazirliyi ölkənin NATO yanında baş hərbi nümayəndəsi general-polkovnik V.Yevneviçi məsləhətləşmələr üçün Moskvaya çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 3-də Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

“Vəziyyətin süni gərginləşdirilməsi bizim seçimimiz deyil. Buna baxmayaraq, biz NATO ilə əməkdaşlığı davam etdirməyə mümkünsüz olduğunu görürük”, deyə Antonov vurğulayıb.

“Alyansla hərbi sahədə gələcək təmaslarımızı tərəfdaşlarımızın atacaq əməli addımlarına uyğun quracağıq”, deyə o əlavə edib.

Antonov qeyd edib ki, NATO ölkələrinin Rusiya ilə hərbi və mülki əməkdaşlığa son qoymaq qərarı çoxillik işin nəticələrini sıfıra endirib.

Xatırladaq ki, NATO Krım məsələsinə görə Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırmağa qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR