«Unibank» yeni kredit lotereyası keçirir

«Unibank» yeni kredit lotereyası keçirir
# 10 dekabr 2013 14:34 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC bu gündən «Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin» adlı lotereyasına start verib. Bankın üç müştərisi avtomobil əldə etmək şansı qazanacaq.

«Unibank»dan «APA-Economics»ə bildirilib ki, martın 10-dək davam edəcək aksiya çərçivəsində bankdan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsini götürüb bankın ən yaxın filialına kredit üçün müraciət etmək kifayətdir.

Lotereya oyunu üç tirajda keçiriləcək. Hər tirajın baş mükafatı avtomobildir. Yanvar, fevral və mart aylarında keçiriləcək uduş tirajları zamanı hər ay bir nəfər avtomobil qazanacaq. Birinci tirajın qalibi «Nissan Sunny», ikinci tirajın qalibi «Nissan Tiida», üçüncü tirajın qalibi isə «Nissan Altima» markalı avtomobilin sahibi olacaq.

Həmçinin, hər tirajda 5 «IPhone 5» telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri isə 100 manatlıq pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 2 şans kimi qiymətləndiriləcək.

Qeyd edək ki, kampaniya çərçivəsində kredit götürən müştərilərə 3% endirim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR