Dövlət Baytarlıq Xidməti Qızıldaş qəsəbəsində kisələrdə at və uzunqulaq başlarının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib

Dövlət Baytarlıq Xidməti Qızıldaş qəsəbəsində kisələrdə at və uzunqulaq başlarının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib
# 25 yanvar 2014 16:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidməti (DBX) Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başlarının aşkarlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA – ya açıqlamasında bildirib ki, xidmətin mütəxəssisləri ərazidə olublar. Onun sözlərinə görə, bələdiyyə və icra nümayəndələrinin iştirakı ilə Qaradağ rayonu Qızıldaş qəsəbəsində müvafiq araşdırmalar aparıb:

“Əvvəl bizə də məlumat verilmişdi ki, ərazidə xeyli sayda at və uzunqulaq başları, ayaqları var. Amma ərazidə aparılan araşdırma nəticəsində məlum oldu ki, cəmi 1 atı bir həftə bundan öncə maşın vurub və onun cəmdəyi həmin əraziyə atılıb. Orada bizim mütəxəssislər müvafiq qurumlarla danışıqlar aparıb və cəmdəyin ərazidən götürülməsi istiqamətində işlər görülüb. Elə bir narahatedici hal deyil. Sadəcə verilən informasiya biraz yanlış olub”.

Bu gün bəzi KİV-lərdə yayılan məlumata görə, Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başları aşkarlanıb. Ərazidə yaşayanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyiblər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR