Sergey Sobyanin Moskva meri seçilib, müxalifət mitinqə hazırlaşır

Sergey Sobyanin Moskva meri seçilib, müxalifət mitinqə hazırlaşır
# 09 sentyabr 2013 13:15 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva şəhər Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə seçkilərdə ikinci yeri Kremlə məşhur müxalifətçi blogger və biznesmen Aleksey Navalnı tutub. O, seçicilərin 27,24 % səsini toplaya bilib.

Seçkilərdə saxtakarlığın olduğunu iddia edən A.Navalnı bütün ölkə ərazisində aksiyalara başlayacaqlarını bəyan edib. Kremldən verilən əmrlə səslərin hesablanmasında saxtakarlıq edildiyini söyləyən A.Navalnı bütün moskvalıları küçələrə çıxaraq səslərinə sahib çıxmağa çağırıb: “Bu, bizim səslərimizdir və bunu onlara verməyəcəyik”.

Müxalif namizəd xəstəxana kimi qurumlarda və səyyar qutularda ciddi şəkildə saxtakarlıq edildiyini bildirib.

Qeyd edək ki, dünən keçirilən mer seçkilərində kommunistlərin namizədi İvan Melnikov 10,6%, “Yabloko”dan Sergey Mitroxin 3,5%, liberal demokratların namizədi Mixail Deqtyaryov 2,8%, “Ədalətli Rusiya” partiyasından Nikolay Leviçev 2,7% səs toplayıblar.

Rusiyanın dördüncü şəhəri olan Yekaterinburqda isə müxalif namizəd Yevgeni Royzman 33,25% səslə qalib gələrək mer vəzifəsinə sahib çıxıb. “Vahid Rusiya”nın namizədi Yakov Silin səslərin 29,77%-ni toplaya bilib. Rusiyalı milyarder Mixail Proxorovun “Vətəndaş Platforması”nın namizədi olan Y.Royzman mer vəzifəsinə namizəd olan 12 nəfərə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR