“Standard Insurance” şirkətinin rəhbərliyi dəyişib

“Standard Insurance” şirkətinin rəhbərliyi dəyişib
# 13 may 2014 09:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Standard Insurance” sığorta şirkətinin rəhbərliyində dəyişiklik edilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şirkətin İdarə Heyətinin sədri Kamal İbrahimov şirkəti tərk edib. Onun yerinə Aydın Rəhmanov təyin olunub. A. Rəhmanov təyinata qədər şirkətin İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

A. Rəhmanov 1979-cu ildə Bakı şəhərində anadan olub, ali təhsillidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirib. 1996-cı ildə sığorta sahəsində, 2003-cü ildə etibarən “Standard İnsurance” şirkətində çalışır. Azərbaycan, rus və ingilis dillərini bilir.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın sığorta sahəsində tanınmış mütəxəssislərindən biri olan Mustafa Abbasbəyli də “Standard Insurance” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsindən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR