İranda benzin 75% bahalaşıb

İranda benzin 75% bahalaşıb
# 25 aprel 2014 05:09 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə gör, bu səbəbdən yerli vaxtla gecə saat 00.00-da yanacaq-doldurma məntəqələrində 1 litr benzinin qiyməti, 75 faiz artaraq, 16 ABŞ sentindən 28 sentədək qalxıb.

Bu səbəbdən avtomobil sahibləri arasında böyük ajiotaj yaşanıb, yanacaq-doldurma məntəqələrində axşamdan yaranan uzun növbələr gecəyarıyadək davam edib. Lakin qiymət artımı əhali arasında qəti etirazlara və iğtişaşlara səbəb olmayıb.

Qeyd edək ki, qonşu dövlətdə yanacağın 75 faiz bahalaşmasına baxmayaraq, dünyada ən ucuz benzin hələ də məhz İrandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR