Elmar Məmmədyarov Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - FOTO

Elmar Məmmədyarov Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 03 aprel 2014 14:51 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

T. Rifai Azərbaycanda müşahidə olunan inkişafın onda böyük təəssürat doğurduğunu bildirib, turizmin inkişafı üçün Azərbaycan tərəfindən böyük işlər görüldüyünü vurğulayıb və ölkəyə xarici turistlərin marağının artdığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR