Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 26% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 26% artırıb
# 13 iyun 2013 06:41 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin may ayında dövlət büdcəsinə 134,041 mln. manat vəsait ödəyib ki, bu da ötən ilin may ayına nisbətən 33,3% çoxdur. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında büdcəyə 652,912 mln. manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,1% çox olub.

Bundan əlavə, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13,326 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin may ayı ilə müqayisədə 2,9% artıqdır.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 63,390 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-may aylarına nisbətən 1,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR