Samuxda 20 yaşlı gənc intihar edib

Samuxda 20 yaşlı gənc intihar edib
# 18 iyun 2013 07:37 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayonunda 20 yaşlı gənc özünü asıb. Samux rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 17-də qeydə alınıb. Rayonun Füzuli kənd sakini, 1993-cü il təvəllüdlü Elcan Ağamalıyev kəndin kənarında yerləşən qəbiristanlıqda özünü asaraq intihar edib. Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR