«Bank of Baku»: «Contact» pulköçürmə sisteminin tarifləri endirilib

«Bank of Baku»: «Contact» pulköçürmə sisteminin tarifləri endirilib
# 04 mart 2014 12:36 (UTC +04:00)

Bakı. APA-Economics. «Bank of Baku» ASC «Contact» təcili pulköçürmə sistemi üzrə xidmət tariflərinin endirildiyini müştərilərin nəzərinə çatdırır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq Azərbaycandan Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Estoniyaya 200 min rubl / 6 500 ABŞ dolları / 5 min avroya qədər məbləğ göndərdikdə 1%-lik tarif, 200-600 min rubl üçün 2 000 rubl, 6,5-20 min dollar üçün 65 dollar, 5-20 min avro üçün isə 50 avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR