Bakının “İnter” klubu növbəti transferini rəsmiləşdirib

Bakının “İnter” klubu növbəti transferini rəsmiləşdirib
# 27 yanvar 2014 11:03 (UTC +04:00)

Bakı – APA. Bakının “İnter” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi braziliyalı hücumçu Paulinyonu heyətinə qatıb. Tam adı Paulo Xose de Oliveyra olan 28 yaşlı futbolçunun son klubu “Braqantino”dur.

2013-cü ilin gedişində bu komandaya keçən Paulinyo Braziliyanın B seriyasında 6 matça çıxıb.

Peşəkar karyerasına 2005-ci ildə “San Xose” klubunda başlayan hücumçu “Palmeyras”, “Uniao Barbarense”, “Demokrata” komandalarında da çıxış etdikdən sonra vətəni tərk edib.

2007-12-ci illərdə İsveçdə legioner həyatı yaşayan braziliyalı ilk 4 ili “Haken”, 2011-12-ci illəri “Erebru”da keçirib. Ötən ilin əvvəlində doğma “San Xose”yə dönən cənubi amerikalı mövsümün gedişində “Braqantino”ya üz tutub.

Qeyd edək ki, “inter” bunadək kosta-rikalı Dieqo Madriqalı da transfer etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR