Ukrayna Ali Radası ölkədə kütləvi qarşıdurmalara səbəb olmuş qanunları ləğv edib

Ukrayna Ali Radası ölkədə kütləvi qarşıdurmalara səbəb olmuş qanunları ləğv edib
# 28 yanvar 2014 12:10 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, həmin qanunların qüvvədən düşməsinə 412 deputatdan 361 nəfər səs verib.

Qeyd edək ki, yanvarın 16-da Ali Radada hakimiyyət və müxalifət tərəfdarlarının qarşıdurması şəraitində, hər hansı debat keçirilmədən və elektron səsvermə aparatından istifadə olunmadan, Regionlar Partiyası və Kommunist Partiyasının deputatlarının əl qaldırması yolu ilə bir sıra mürtəce qanunlar qəbul olunub. Bu qanunlar:

- Müxalifətçi deputatların toxunulmazlıqdan məhrum edilməsi prosedurunun asanlaşdırılmasını;

- Siyasi hökmlər çıxaran məhkəmə hakimləri haqda məlumat toplayan və KİV-də, sosial şəbəkələrdə yayan şəxslər və KİV orqanları haqda cinayət məsuliyyəti də daxil olmaqla, inzibati tədbirlərin görülməsini;

- Hakimlərə ittiham olunanların iştirakı olmadan qiyabi məhkəmə hökmünün çıxarılması səlahiyyəti verilməsini,

- Kütləvi aksiyalara maska və digər maskirovka vasitələri ilə qatılmağa və Daxili İşlər Nazirliyinin icazəsi olmadan meydanlarda çadırlar qurulmasına görə cərimə tətbiqi və inzibati həbs cəzasının verilməsini;

- Vaxtaşırı prezident və hökumət üzvlərinin şəhər kənarındakı iqamətgahları qarşısında avtomobillərlə aksiyalar keçirən “Avtomaydan” iştirakçılarının məsuliyyətə cəlb olunmasını;

- Kütləvi aksiyaların iştirakçılarına qarşı güc tətbiq edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının cinayət məsuliyyətindən azad edilməsini;

- İkinci dünya müharibəsi illərində sovet ordusuna qarşı döyüşmüş ukraynalıları (Ukrayna Üsyançı Ordusunu) müsbət təbliğ etməyə və faşistlərə bəraət qazandırmağa görə cinayət məsuliyyətinin tətbiq olunmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR