AİB: Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycana ciddi təsir etməyəcək

AİB: Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycana ciddi təsir etməyəcək
# 04 aprel 2014 15:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. ABŞ və digər qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək.

APA-Economics”in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) baş iqtisadçısı David Oldfield Bakıda keçirilən “Asiya İnkişafına Nəzər 2014” adlı hesabatın təqdimatında bildirib.

Onun sözlərinə görə, bu sanksiyalar daha çox Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi ölkələrə təsirsiz ötüşməyəcək: “Çünki bu ölkələr Rusiyadan əmək bazarı və ticarət dövriyyəsi baxımından daha çox asılıdır. Azərbaycanın isə bu baxımdan Rusiyadan o qədər də asılılığı yoxdur”.

AİB-in Bakı ofisinin iqtisadçısı Nail Vəliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı üçün bu sanksiyalar yalnız o halda təsir göstərə bilər ki, onların sərtləşdirilməsi nəticəsində neftin qiymətində azalma müşahidə olunsun. “Sanksiyaların sərtləşdirilməsi, təbii ki, Rusiyada çalışan həmyerlilərimizin gəlirlərinə də təsir edəcək. Belə olduğu halda, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmini azalmasına gətirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR