DİN Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb

DİN Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb
# 13 may 2014 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 12-də saat 13 radələrində Masallı rayonu Şərəfə kəndinin ərazisində Yardımlı rayon sakini İsmayıl Sadıyevin idarə etdiyi “Nissan” və Cəlilabad rayon sakini Mahir Teymurovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. M.Teymurov və sərnişini, qardaşı Mütalib, habelə İ.Sadıyevin sərnişinlərindən arvadı Gövhər, oğlu Mövlud hadisə yerində ölüb, özü və digər sərnişini, oğlu Maqsud xəstəxanaya yerləşdiriliblər.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR