«Dəmirbank» yeni əmanət növünü istifadəyə verib

«Dəmirbank» yeni əmanət növünü istifadəyə verib
# 06 mart 2014 08:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC yeni «Yığım» əmanətini müştərilərə təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək «Dəmirbank» filiallarında əmanət hesabı aça bilər.

Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% dividend hesablanır.

«Yığım» əmanətini istənilən vaxt artırmaq, istənilən zaman cəriməsiz tam və ya qismən çıxarmaq, müştərilərin gələcək maliyyə durumlarını sığortalamaq, həmçinin 3-cü şəxsin adına da açmaq mümkündür və s.

Əmanət məbləği 10 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ «Dəmirbank»ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR