Penitensiar xidmətin Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə məhkumlar şəhər gəzintisində olublar

Penitensiar xidmətin Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə məhkumlar şəhər gəzintisində olublar
# 24 dekabr 2013 15:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində cəza çəkən yeniyetmə məhkumlar şəhər gəzintisində olublar. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cəza icra qanunvericiliyinə uyğun olaraq, Tərbiyə müəssisəsində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara, müəssisə nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlıların həmrəyliyi günü və yeni il münasibətilə bu gün keçirilib. Yeniyetmə məhkumlar - Dadaşov Əli Ağadadaş oğlu, Həsənov Nizami Ərəstun oğlu və Rəhimov İlqar Bəxtiyar oğlu bu gün şəhər gəzintisinə çıxarılıblar. Onların xahişi nəzərə alınaraq Fəxri xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib.

Şəhər gəzintisindən sonra Tərbiyə müəssisəsinə qayıtmış məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR