İraq ABŞ-dan İŞİD silahlılarına hava zərbəsi endirmək barədə müraciət ünvanlayıb

İraq ABŞ-dan İŞİD silahlılarına hava zərbəsi endirmək barədə müraciət ünvanlayıb
# 18 iyun 2014 18:33 (UTC +04:00)

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatla İraqın xarici işlər naziri Xoşiyar Zibari çıxış edib.

“Təhlükəsizlik üzrə sazişə uyğun olaraq, İraq rəsmi şəkildə Vaşinqtona müraciət edərək terrorçu qruplaşmalarına qarşı hava zərbəsi endiirilməsi barədə müraciət edib”, - deyə Zibari bildirib.

Qeyd edək ki, ötən həftə İŞİD qruplaşmasının silahlıları İraqın bir neçə şəhərini ələ keçirərək Bağdada hücum edəcəklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR