Saatlıda ev yanıb

Saatlıda ev yanıb
# 01 may 2014 00:35 (UTC +04:00)

Bakı – APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun rayon mərkəzindən 23 km aralıda yerləşən Qara Nuru kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin tavanı və dam örtüyü 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR