Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb - VİDEO

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 15 aprel 2014 15:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.00 radələrində şəhərin akademik Zərifə Əliyeva küçəsində, 6 saylı Ərazi Vergilər İdarəsinin yaxınlığında qeydə alınıb. Piyada, Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Sevanə Nicat qızı Nurullayeva qəfildən hərəkətdə olan Lənkəran şəhər sakini, 19977-ci il təvəllüdlü Hakim Ramiz oğlu Rzayevin idarə etdiyi “Opel” markalı minik avtomobilinin qarşısına çıxıb. Sürücü dərhal əyləci bassa da, zərbənin təsirindən piyada yolun kənarındakı səki daşına çırpılıb. Güclü zərbədən sürücü və onun yanındakı oğlu, 2005-ci il təvəllüdlü Hikmət Rzazadə də xəsarət alıb. Hər 3 yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

İlkin versiya kimi hadisənin piyadanın qəfildən maşın yoluna çıxması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq səbəbləri isə avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Faktla bağlı Lənkəran Şəhər - Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR