“Azercell” abunəçilərinə dələduzlarla bağlı xəbərdarlıq edib

“Azercell” abunəçilərinə dələduzlarla bağlı xəbərdarlıq edib
# 22 mart 2014 14:56 (UTC +04:00)

Bakı - APA-Economics. “Azercell Telekom” şirkəti abunəçilərinə müraciət edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, son günlər “Azercell” şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzların fəallaşmasını nəzərə alaraq abunəçilərə daha diqqətli olmaq tövsiyə edilir.

“Azercell Telekom” şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi məsləhət görür: “Əks halda, nömrənizin hesabında böyük məbləğdə xərclər yarana bilər. Şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə məlumatlar Azercell-in rəsmi saytı, Facebook səhifəsi və mətbuat kanalları vasitəsilə abunəçilərə çatdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR