Pakistanda baş vermiş zəlzələdə ölənlərin sayı 327-yə çatıb

Pakistanda baş vermiş zəlzələdə ölənlərin sayı 327-yə çatıb
# 25 sentyabr 2013 15:24 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölənlərin çoxu yoxsul və məskunlaşmanın nisbətən az olduğu Belucistan əyalətində olub. Əyalətin Avaran şəhərində 285 nəfər ölüb.

Hakimiyyət orqanları ölənlərin sayının daha da artacağını bildiriblər, çünki xilasedicilərin hələ gedib çatmadığı yaşayış məntəqələri var.

Pakistan hökuməti hərbi hissələri əhaliyə yardım etmək üçün təbii fəlakət zonasına göndərib.

Qeyd edək ki, yeraltı təkanların gücü 7,8 bal gücündə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR