Azərbaycanda 8700 nəfərə yaxın qeyri-qanuni miqrant var

Azərbaycanda 8700 nəfərə yaxın qeyri-qanuni miqrant var
# 10 iyun 2014 13:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan ərazisində 8700 nəfərə yaxın qeyri-qanuni yaşayan miqrant var. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev deyib.

Miqrasiya sistemində vaxtilə qeydiyyatdan keçməmiş bu insanların yaşadıqları ünvanlar miqrasiya orqanlarına məlum deyil. Buna baxmayaraq, DMX tərəfindən onlar aşkarlandıqca barələrində müvafiq tədbirlər görülür.

F. Nəbiyev ölkəyə gələn miqrantların sayının ölkədən çıxanlardan çox olduğunu söyləyib: “Hər ay Vahid Miqrasiya Məlumat Sistemində 60-65 min nəfər xarici vətəndaş qeydiyyata düşür. Ölkədən çıxanlar isə bundan çox azdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR