Misirdə H1N1 virusundan 24 nəfər ölüb

Misirdə H1N1 virusundan 24 nəfər ölüb
# 05 fevral 2014 13:08 (UTC +04:00)

Bakı – APA. Misirdə H1N1 virusundan (donuz qripi) 24 nəfər ölüb.

APA-nın İOL-a istinadən verdiyi məlumata görə, 2014-cü ilin əvvəlindən bu diaqnozla mindən çox vətəndaş xəstəxanaya yerləşdirilib.

Epidemiyanın Qahirə və Nil çayının deltası ətrafında yerləşən bölgədə yayıldığı bildirilir.

İlkin məlumata görə, ölənlər arasında xəstələri müalicə edən həkimlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR