İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəmənin vaxtı bəlli olub

İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəmənin vaxtı bəlli olub
# 07 may 2013 12:29 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi mayın 21-də keçiriləcək.

Bu barədə APA-ya İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib.

İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.

Qeyd edək ki, aprelin 23-də İlhamə Quliyevanın şikayət ərizəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR