Sabah Gürcüstan prezidentinin Ermənistana rəsmi səfəri başlayır

Sabah Gürcüstan prezidentinin Ermənistana rəsmi səfəri başlayır
# 26 fevral 2014 08:43 (UTC +04:00)

Bakı – APA. Gürcüstan prezidenti Georgi Marqvelaşvili sabah Ermənistana ikigünlük rəsmi səfərə yollanacaq.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı G.Marqvelaşvilinin Ermənistan rəhbərliyi, habelə bütün ermənilərin Katolikosu II Qareginlə görüşləri nəzərdə tutulur.

Gürcüstan və Ermənistan prezidentlərinin iştirakı ilə keçiriləcək görüşdən sonra G.Marqvelaşvili ilə Serj Sarkisyan birgə brifinq keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR