İranlı parlamentar: “İnanırıq ki, Azərbaycan tərəfi də viza rejimini ləğv edəcək” - FOTO

İranlı parlamentar: “İnanırıq ki, Azərbaycan tərəfi də viza rejimini ləğv edəcək” - <span style="color: red;">FOTO
# 25 sentyabr 2013 10:49 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. "Biz inanırıq ki, İranla Azərbaycan arasında münasibətlərin genişləndirilməsi üçün potensial daha çoxdur. İki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi üçün hər cür imkan var”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, İran birtərəfli olaraq Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib: “İnanırıq ki, Azərbaycan tərəfi də viza rejimini ləğv edəcək. İki ölkə rəhbərliyi arasındakı görüşlərdə bu məsələyə baxılacağı barədə söz verilir”.

C. Cahangirzadə Azərbaycanla İran arasında iki azad ticarət zonası olduğunu söyləyib: “Bunlar “Araz“ və “Maku”dur. Qərara alınıb ki, “Araz” azad iqtisadi zonasının sədri Azərbaycana səfərə gəlsin. İran və Azərbaycan arasında rəsmi və qeyri-rəsmi ticarət mübadiləsi 2 milyard dollar təşkil edir. Lakin bu rəqəm daha yüksək ola bilər”.

C. Cahangirzadə əlavə edib ki, Azərbaycan Milli Məclisinin İranla dostluq qrupu noyabr ayında İrana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR